Azərbaycanda 13 məktəb üçün yeni bina tikilir - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda 13 məktəb üçün yeni bina tikilir

Cəmiyyət A- A A+
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
 
Hazırda idarənin tabeliyindəki 13 məktəb üçün yeni bina tikilir.
 
Ednews xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsi məlumat yayıb.
 
Bu məktəblərdən birinin – Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulur.
 
Hazırda Regional İdarənin tabeliyində olan ümumtəhsil məktəblərindən təmirə ehtiyacı olan 39-unda cari təmir işləri aparılır.
 
O cümlədən Qəbələ rayonu üzrə 11, Şəki rayonu üzrə 9, Qax rayonu üzrə 9, Zaqatala rayonu üzrə 4, Oğuz rayonu üzrə 4 və Balakən rayonu üzrə 2 məktəbdə cari təmir işləri aparılır.
 
Təmir işlərinin yeni tədris ilində yekunlaşması nəzərdə tutulur.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...