"Sentyabrın əvvəlindən ov mövsümünün açılması nəzərdə tutulur".
Ednews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, koordinasiya şurasının iclasından sonra yekun qərar qəbul ediləcək:
“Pandemiya səbəbindən mövsüm açılmaya da bilər. Bu barədə son qərar veriləcək”.