Bakı sakini Sumqayıtda kafedə vəfat edib.
Ednews-un məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Kafelərdən birinin müştərisi, Bakı şəhər sakini 1961-ci ildə anadan olmuş Əliyev Kamal Şıxlı oğlu əyləşdiyi stolun arxasında qəflətən dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.