Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində rayonun Uzuntəpə kənd sakinləri - Məmmədov Firəngiz və Həşimov Meyxoş xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.