Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçiminin nəticələri bugün 13:00-dan etibarən mərhələli şəkildə elan olunacaq.
Bu barədə Ednews-a Təhsil İnstitutundan xəbər verilib.
Bildirilib ki, lisey seçimi mərhələsində uğur qazanan şagirdlərin sorğusu avtomatik yaradılacaq.
Bu mərhələdə uğur qazanmış şagirdlərin şəxsi işləri şagirdin ötən tədris ilində təhsil aldığı məktəbdən (elektron ərizə şagirdin ötən tədris ilində təhsil aldığı məktəb tərəfindən çap edilir) təhvil alınaraq, yeni qəbul olunduğu liseyə təqdim edilməlidir.
Qeyd edək ki, bu proses 24-29 avqust tarixlərində həyata keçiriləcək.