Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Ednews Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, konfransda Baş Prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak edib.