Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeyri-adi formada oğurluq olub.
Ednews xəbər verir ki, naməlum qadın əyninə xüsusi təmizlik işçilərinin formasını geyinərək, otaqları bir-bir gəzib.
O, həkimlərə məxsus pul, qızıl, bəzi tibbi ləvazimatları götürərək aradan çıxıb.
Kameralara düşən qadının oğurluğu hər kəsi təccübləndirib. Xəstəxanaya giriş qapısından daxil olan bu şəxs bir saat ərzində içəridə qalıb.
Hazırda naməlum şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.