Ağdam rayonunun Əfətli kəndində mina partlayışından zərərçəkən ailəyə baş çəkilib

Cəmiyyət 14:14 25.08.2022
İyunun 26-da “DAYAQ”ın regional koordinatoru Vüqar Şahbazov layihə meneceri və koordinatorunun göstərişinə əsasən Ağdam rayonunun Əlfətli kəndinə, minadan zərər çəkən ailəyə baş çəkib.
 
Ednews xəbər verir ki, səfərin əsas məqsədi ailəyə mənəvi dəstək olmaqla yanaşı, Əfətli icması, eləcə də rayonun digər yaşayış məntəqələrində yaşayan, müxtəlif sahələrdə çalışan insanlara mina barədə maarifləndirmə işləri aparmaqdan ibarət olub.  
 
Regional koordinator ailədə olarkən zərərçəkmişlərə və orada iştirak edənlərə mina və partlamamış sursatlarla çirklənmiş ərazilərdə hər hansı fəaliyyətə son qoymaq barədə məlumat verib. O bildirib ki, mütəxəssis olmayan şəxslər üçün mina və partlamamış sursatlarla çirklənmiş əraziləri heç də hər zaman tanimaq mümkün olmur. Bu səbəbdən təhlükəli hesab olunan ərazilərə daxil olunmamalıdır.
 
Onun sözlərinə görə yalnız bu üsulla zərərçəkənlərin sayını azaltmaq, onların həyatını xilas etmək mümkündür. Bunun üçün hər kəs maarifləndirmə işləri ilə məşğul olmalıdır. 
 
Maarifləndirmə tədbirlərinə əsasən müxtəlif əmək fəaliyyətləri ilə məşğul olan şəxslər, o cümlədən çobanlar cəlb olunmalıdır.  
 
Həmçinin uşaqlar arasında interaktiv səhnəciklər təşkil etməklə, mina və mərmilərdən zərərçəkənlərə təlimlərə dəstək olmaqla maarifləndirmə işinə töhfə vermək mümkündür.
 
Koordinator bildirib ki, tikinti və sosial sahənin işçilərilə də risklər haqqında geniş söhbətlər keçirilməsi planlaşdırılır.
 
Xatırladaq ki, 16 mart 2021-ci il tarixində Novruz adətlərini icra edən zaman ailənin beş (5) üzvü – 65 yaşlı Hüseynov Akif Muxtar oğlu (sağ baldırın sınığı), 40 yaşlı Hüseynov Anar Akif oğlu (sol ayağın travmatik amputasiyası),  43 yaşlı Hüseynov Razi Akif oğlu (həlak olub), 34 yaşli Hüseynov Bayram Akif oğlu (həlak olub), 8 yaşlı Hüseynzadə Hüseyin Razi oğlu (psixoloji travma)  mina partlayışına düşərək müxtəlif dərəcəli xəsarətlər alıblar. 
 
Təlim zərərçəkənlərin ailəsində baş tutub. Görüş zamanı 2 nəfəri qız, 2 nəfəri oğlan olmaqla 6-11 yaş qrupundan 4 nəfər; 1 nəfər qız, 1 nəfər oğlan olmaqla 12-18 yaş qrupundan 2 nəfər; 3 nəfəri kişi, 2 nəfəri qadın olmaqla 19-35 yaş qrupundan 5 nəfər; 2 nəfəri kişi, 2 nəfəri qadın olmaqla 36-55 yaş qrupundan 4 nəfər; 1 nəfəri kişi, 1 nəfəri isə qadın olmaqla 56 yaş və yuxarı qrupdan 2 nəfər, ümumilikdə 17 nəfər olmaqla qonşuluqda yaşayan şəxslər iştirak edib. 
 
Görüşdə Qızıl Aypara Cəmiyyətinin Tərtər şöbəsinin əməkdaşları, Kərimzadə Zamin Mübariz oğlu, Kərimzadə Səməd Mübariz oğlu da iştirak edərək mina və mərmilərdən qorunma üsullarına dair maarifləndirici söhbət aparıblar. 
 
Sonda iştirakçılara minadan qorunma üsullarına dair 6 ədəd plakat, 10 ədəd broşür və 22 ədəd dəftər təqdim olunub.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Hamısı