Cəlilabad rayonunda yaşıllıq ərazidə 70-ə qədər ağac kəsilib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Qamışlıgöl kəndində baş verib.
Belə ki, kənd bələdiyyəsinə məxsus yaşıllıq ərazidə təxminən 70-ə yaxın palıd, yemişan ağacları kəsilib. Yaşıllıq ərazinin ümumi sahəsi 3 hektara yaxındır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, fakt araşdırılır və əlavə məlumat veriləcək.