Ramil Səfərov HARALARDADI...

Cəmiyyət 12:13 27.08.2022

Modern.az saytında “...haralardadı?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, hərbi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir. 

Növbəti yazı Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərova həsr ounub.

Ramil Səfərovu gündəmə gətirməyimiz təsadüf deyil. Dünən - 26 avqust tarixində çoxdandır haqqında yazılmayan zabitin ad günü idi. Onun 45 yaşı tamam oldu.

Yuxarıda təqdim etdiyimiz şəkil də elə dünən Ramilin ad günündə - 45 yaşının tamamında çəkilib.

Ramil ad günüdə “Çinar” Kitab Evində görüntülənib. Orada “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqlə görüşən zabit macar dilindən azərbaycancaya tərcümə etdiyi "Pal küçəsinin oğlanları" romanını yenidən nəşr etməyi razılaşdırıb.

Görüşlə bağlı Nurman Tariq bunları deyib:

“Çoxdandır istəsək də, xoş təsadüf oldu, görüşümüz əziz Ramil Səfərovun doğum gününə təsadüf etdi.

Bir dəfə yazmışdım, gənc nəsil üçün qələbəyə inam Ramil Səfərovla başladı, toxum atdı... Xatırlayıram, 10-11-ci sinifdə oxuyurdum, ANS-dən məhkəmə prosesini necə həyacanla izləyirdik; məhkəmədəki çıxışı bizi qürurlandırırdı. O, bayrağın nə demək olduğunu bizə əyani sübut etmişdi...

O həm də bir ziyalıdır, kitab adamıdır... 8 il təkadamlıq kamerada qaldığı müddətdə macar dilini öyrənib və bir neçə kitabı dilimizə tərcümə edib. O, həm də belə bir örnəkdir; hər bir halda faydalı olmaq nümunəsi, ömürlük cəzaya məhkum olsa belə.

Ramil bəylə tərcümə etdiyi macar ədəbiyyatının ən məşhur nümunələrindən olan "Pal küçəsinin oğlanları" romanını yenidən baxışla nəşr etmək haqqında razılığa gəldik.

Çox anlamlı söhbətimiz baş tutdu, Ramil bəyi gözlədiyimdən daha artıq gördüm... Bu məni hədsiz sevindirdi. Anladım ki, Ramil bəyi təkcə məlum hadisə ilə xatırlamaq ona qarşı haqsızlıqdır, o daha böyükdür”.

Ramil Səfərov hazırda Azərbaycan Ordusunun N saylı hərbi hissəsində polkovnik-leytenant rütbəsində xidmət edir. Zabit peşəsi ilə əlaqədar mətbuatla ünsiyyətən uzaq durur.

Ramil Sahib oğlu Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən, müharibədə xeyli qohumunu itirən Ramildə düşmənə qarşı əbədi nifrət yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məktəbdə təhsil almağa yönəldib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada təhsil alacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilib. Onlar müxtəlif qruplarda təhsil alsalar da, eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitlər Ramilə baxıb gülür, özlərini məğlub tərəf qarşısında müzəffər tərəf kimi aparırmışlar.

Ramil Səfərov 2004-cü il fevral ayının 19-da - vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.

Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

İşlə bağlı sənədlərdən məlum olub ki, öldürülən erməni zabit dəfələrlə Ramil Səfərova söz atıb, ona sataşıb, Azərbaycanı, azərbaycanlı qadınları və bayrağımızı təhqir edib. Tez-tez “Qarabağ-Artsak” ifədələrini səsləndirən, ardınca da ermənicə söyüşlər söyən Markaryanın hərəkətləri barədə kurs rəhbərliyinə də şikayət edilib, lakin o, özünü yığışdırmayıb.

Məhkəmə sənədlərindən bəlli olub ki, fevralın 16-sı axşam saat 22:00 radələrində Ramil Səfərov dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbət zamanı Səfərov eşidib ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayət, Azərbaycan bayrağını aşağılamasından sonra onu cəzalandırmaq qərarına gəlib...

Həbsdə olduğu müddətdə o, macar dilini öyrənib. Daha sonra macar yazıçılar Maqda Sabonun "Qapı", Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitablarını Azərbaycan dilinə tərcümə edib.

2009-cu ilin oktyabrında zabitin anası Nübar Səfərova dünyasını dəyişəndə Ramil həbs cəzası çəkirdi.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Azərbaycan  Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.

1 sentyabr 2012-ci ildə o vaxtkı müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi təqdim edib.

Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunmasını həzm edə bilməyən Ermənistan və erməni diasporu bununla əlaqədar süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışırdı.

2012-ci il sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA terror təşkilatından daxil olmuş məktubda Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilmiş və onların qətlə yetiriləcəyi bildirilmişdi. Ermənilər Ramil Səfərovu öldürən şəxsə ayrıca mükafat da ayırmışdılar.

Ancaq düşmən bu istiqamətdə apardığı işdə heç nəyə nail ola bilmədi.

2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bİr oğlu var.

2017-ci ildə mayor R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Hamısı