Şirvan Rayon Mərkəzi Xəstəxanası beşinci mərtəbədən yıxılan azyaşlı barədə məlumat verib.
Xəstəxanadan Ednews-a bildirilib ki, körpə reanimasiyaya yerləşdirilib:
“2020-ci təvəllüdlü azyaşlı bu gün 12:30 radələrində açıq kəllə-beyin travması diaqnozu ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Bütün zəruri tibbi xidmət göstərilib. Hazırda Reanimasiya şöbəsində həkimlərin nəzarətindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir”.
***
Şirvan rayonunda körpə yıxılıb.
Ednews-un məlumatına görə, Ömər Səmədov beşinci mərtəbədən yıxılıb.
O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.