Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.
Ednews xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil edilən tədbirdə Oqtay Əsədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə, Yalçın Manaflıdır.
Qeyd edək ki, Oqtay Əsədov Milli Məclisin sabiq sədri, hazırda isə 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.