Ağstafa sakinlərinin müraciətləri “Açıq mikrofon”un obyektivində - FOTOLAR - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Ağstafa sakinlərinin müraciətləri “Açıq mikrofon”un obyektivində - FOTOLAR

Cəmiyyət A- A A+
Abonentlərin müraciətlərinin vizual şəkildə qeydə alındığı “Açıq mikrofon” aksiyası məkan olaraq bu dəfə Ağstafa rayonunda keçirilib. Səsləndirilən müraciətlərdən biri qeyri-yaşayış sahənin qazlaşdırılması olub ki, bu da  Ağstafa şəhər sakini Vəfadar İsmayılovun xahişində yer alıb.
 
Ednews xəbər verir ki, abonent hesabının passiv statusundan aktiv statusuna keçirilməsini isə Köhnə Qışlaq kənd sakini Adil Qasımov istəyib. “Səyyar qəbul otağı”nın digər müraciətləri işə qəbul və fərdi yaşayış evinin qazlaşdırılması ilə  bağlı olub. SOCAR “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladığı sualları cavabsız qoymayaraq aidiyyəti üzrə müvafiq qeydlər ediblər.
1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...