Yupiter sentyabrın 26-da Yerə ən yaxın məsafədə olacaq

Cəmiyyət 18:14 05.09.2022
Günəş sisteminin ən böyük planeti olan Yupiter 2022-ci il sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Ednews-a verilən məlumata görə, səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 19 yanvar 2023-cü ildə olacaq. “Böyük qarşıdurma”nın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hadisə zamanı Yupiter Yerə minimum məsafədə yaxınlaşır, bu məsafə 3.95 astronomik vahid və ya 591 295 396 km, Yupiterin bucaq ölçüsü 49.87°, parlaqlığı isə demək olar ki, -2,94 ulduz ölçüsü təşkil edir. Yupiter gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq. Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. 26 sentyabrda baş verəcək hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq. Astronomik qarşıdurma dedikdə planetin Yerə nisbətən Günəşdən əks tərəfdə olması başa düşülür. Qarşıdurma zamanı planet Yerdən müşahidə zamanı səmada Günəşdən 180 dərəcə bucaq məsafəsində yerləşir, yəni, Günəş qərbdə batan zaman planet şərqdə üfüqdə görünür. Əgər qarşıdurma planet öz orbitinin periheli nöqtəsinə yaxın olanda baş verirsə, belə astronomik hadisə “böyük qarşıdurma” adlanır. Orbitləri Yerin orbitinin xaricində olan planetlər qarşıdurmada ola bilirlər. Qarşıdurma hadisəsinin baş verməsi üçün Yerin həmin planetlə Günəş arasında olması lazımdır. Qarşıdurma hadisəsinin baş verə biləcəyi planetlər bunlardır: Mars, Yupiter, Saturn, Uran və Neptun. Planetlərdən başqa, kometlər, asteroidlər və Günəş sisteminin bəzi digər obyektləri də qarşıdurmada ola bilər. Ən məşhur qarşıdurma isə dolu Ay hadisəsidir. Planetlərin adi qarşıdurması təxminən ildə bir dəfə, Yer Günəşlə planetin arasında lazımi konfiqurasiyaya çatdıqda baş verir. Yupiterin adi qarşıdurması 13 aydan bir baş verir. Yeganə istisna Marsdır. Qırmızı planetin orbiti və orbital sürəti Yerin uyğun parametrlərinə çox yaxındır, ona görə də planetimiz 27 ayda yalnız bir dəfə Marsı “ötür”. Bu səbəbdən Marsın qarşıdurması təxminən 2-3 ildən bir baş verir. Merkuri və Venera Yerin orbiti daxilində yerləşir, ona görə də biz onları heç vaxt qarşıdurmada görməyəcəyik. Yupiter insanlara qədim zamanlardan məlumdur. Mesapotomiya mədəniyyətində planet "Ağ ulduz" adlanırdı. Yupiterin 12 illik hərəkət dövrünün ətraflı təsviri planeti "İlin ulduzu" adlandıran Çin astronomları tərəfindən verilib. Yunanlar onu "Zevs ulduzu" adlandırırdılar. “Böyük qarşıdurma” Yupiteri Yerdən müşahidə etmək üçün ən əlverişli vaxt hesab olunur. Bu zaman planetin görünən bucaq ölçüsü böyük olduğuna görə onun səthində daha çox detalları ayırd etmək mümkün olur. Yupiterin diskində ekvatora paralel tünd bulud zolaqları və ləkələr var ki, onların görünüşü hər il dəyişir: kiçik ləkələr görünür və yox olur, rənglər, burulğanlar öz formasını dəyişir. 362 ildir ki, astronomlar Böyük Qırmızı Ləkəni müşahidə edirlər. Böyük Qırmızı Ləkə Günəş sistemindəki unikal uzunömürlü və ən nəhəng qasırğadır. Ləkə planetin ekvatoruna paralel olaraq hərəkət edir. Ən uzunömürlü bu tsiklon Yerdən əhəmiyyətli dərəcədə böyükdür - uzunluğu 30 min km və eni 15 min km-dir. 100 il əvvəl ləkənin ölçüsü indiki ölçüsündən iki dəfə böyük olub. Bakıda Yupiter 26 sentyabr tarixində saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olacaq. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Hamısı