BMT Rezident Əlaqələndiricisi Vladanka Andreeva BAMF-ın qonağı olub

Cəmiyyət 19:54 05.09.2022

Bu gün BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub. 

BAMF-ın prezidenti Umud Mirzəyev BMT rəsmisini Bakı ofisində qarşılayıb. Vladanka Andreevna ilk olaraq Umud Mirzəyevi təşkilatın 30 illik fəaliyyətinin il dönümü münasibəti ilə təbrik edib və Azərbaycanın çətin dönəmlərində yaradılan beynəlxalq statuslu qeyri-hökumət təşkilatının bu günə qədər fəaliyyəti barədə maraqlanıb. 

Öz növbəsində BAMF rəhbəri qonağa təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet məkanlarında obyektiv informasiyaya duyulan ehtiyacdan bəhs edib. 

“Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış jurnalist və ictimai xadimlərin birgə təşəbbüsü sayəsində yaradıldı. O zaman bizim resurslarımız olduqca az idi, lakin təşkilatın yaradılmasına ehtiyac var idi”,- deyə Umud Mirzəyev vurğulayıb. 

BAMF rəhbəri təşkilatın yaranma səbəblərini izah edərkən ölkədəki hadisələrin dünya ictimaiyyətinə doğru-dürüst çatdırılması üçün post Sovet məkanında bu cür təşkilatların yaradılmasına ehtiyacın olmasından da bəhs edib. 

“O zaman Qarabağ konfliktinin ən pik bir dönəmi idi. Xatırlayıram, Şuşanın işğalına 3 gün qalmış, mən Latviya, Litva və Rusiyadan olan bir qrup tanınmış jurnalist və fəallarla orada oldum. Erməni işğalı artıq Qarabağı tamamilə əhatə etməyə başlamışdı. Lakin dünya ictimaiyyətinin bundan xəbəri yox idi və informasiya qıtlığı yaşanırdı. Həmin zaman biz Beynəlxalq Avrasiya Mətbuat Fondunu yaratdıq”. 

Umud Mirzəyev qonaqla söhbət edərkən bu müharibədən birbaşa zərər çəkənlərdən biri olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlıların Qarabağ və Ermənistandan deportasiya edilməsindən, onların məcburi öz doğma diyarlarından çıxarılmasından da söz açıb.

Görüş əsnasında Umud Mirzəyev həmçinin təşkilatın mina problemi ilə bağlı bir sıra mühüm layihələrdə iştirakından da söz açıb. O, UNDP, UNHCR, UNİCEF, Avropa İttifaqı və ABŞ Dövlət departamentinin birgə dəstəyi ilə həyata keçirilən layihələrdə görülən işlər, o cümlədən işğaldan azad edilən Qarabağ əraziləri, keçmiş təmas bölgəsi və bir sıra kənd və qəsəbələrdə mina təmizlənmə prosesində komanda fəaliyyəti barədə qonağa məlumat verib. O, mina problemi ilə bağlı təşəbbüsə 2003-cü ildən ANAMA ilə birgə qatıldığını və bu məqsədlə Mina İcma Komandasını formalaşdırdığını qonağın diqqətinə çatdırıb.

BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreeva dəvət üçün Umud Mirzəyevə öz təşəkkürünü bildirib. O, BAMF-ın həyata keçirdiyi bütün proqram və layihələri ilə bağlı fəaliyyətini təqdirəlayiq hesab etdiyini qeyd edib.

“Ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi və mina təhlükəsi barədə maarifləndirmə işlərində həm vətəndaş cəmiyyətlərinin, həm də ANAMA-nın fəaliyyətini dəstəkləmək çox vacibdir. O cümlədən mən, sizin də mina təmizlənmə və mina təhlükəsi haqda maarifləndirmə işinizi, habelə BMT ilə əməkdaşlığınızı təqdirəlayiq hesab edirəm. Bu yaxınlarda mənə partladılmış bir minanın kiçik parçası hədiyyə kimi verilmişdi. Mən ona baxarkən həmin mina parçası məndə hökumətin işğaldan azad olunan ərazilərdə gördüyü işin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha xatırlatdı”. 

Vladanka Andreeva həmçininn BMT-nin bundan sonra da hökumət və mina problemi ilə bilavasitə məşğul olan ANAMA-ya dəstəyini əsirgəməyəcəyini bildirib. O, bu işlərdə dəstək göstərərək ölkədəki qaçqın və məcburi köçkünlərin tezliklə öz yurdlarına dönə bilməsini tezləşdirmək üçün bərabər addımlar atılacağını qeyd edib. 

Görüşdə həmçinin BMT-nin  Azərbaycandakı  Rezident Əlaqələndiricisinin Ofisində Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov da iştirak edib. 

BAMF prezidenti Umud Mirzəyev qonaqları ofislə yaxından tanış edərək onlara görülən işlər barədə məlumat verib.

Daha sonra xanım Andreeva Umud Mirzəyevə BAMF-ın oktyabrın 14-də keçiriləcək 30 illik yubileyinə dəvəti üçün təşəkkürünü bildirib. Qonaq da öz növbəsində Umud Mirzəyevi oktyabr ayının sonunda BMT gününə həsr edilən tədbirə dəvət edib. Tərəflər həmçinin gələcək əməkdaşlıq prespektivləri haqda birgə müzakirələr aparıblar.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Hamısı