"Ötən il milli qanunvericilik bazası "e-qanun.az" saytına üç milyona yaxın giriş olub".
Ednews xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev danışıb.
O, həmçinin üç il əvvəllə müqayisədə sayta girişin ardığını vurğulayıb.
"e-qanun.az"a 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın giriş olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb",-deyə Mahir Yolçuyev bildirib.
M.Yolçiyev bu il ərzində “e-qanun.az” saytına girişlərin 90 faizinin Azərbaycandan, 10 faizinin isə digər ölkələrin ərazisində olduğunu qeyd edib. Bu siyahıya Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və s.ölkələr daxildir.
Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsi ilə həyata keçirilib.
Əbülfət Baxşəli