Jestlərlə ünsiyyət bacarığı: Bədənimizin dilini nə qədər bilirik? ARAŞDIRMA

Cəmiyyət 22:20 10.09.2022
Son zamanlar leksikonumuza yeni ifadələr daxil olur. Bunlardan daha mütəmadi rastlaşdıqlarımızdan biri "bədən dili" ifadəsidir. Bəs bədən dili nədir? Ednews xəbər verir ki, bu barədə "Kaspi" qəzetində maraqlı məqalə yayımlanıb. Bədən dili bir ünsiyyət vasitəsidir. Sözlərdən ibarət olmayan bu vasitə bəzən sözdən daha güclü effektə malik olur. Həm söz, həm də bədən dilindən istifadə edə bilən insanlar, ünsiyyətdə bir addım öndə olurlar. Çünki fikirlərini, düşüncələrini daha dəqiq və effektiv şəkildə çatdıra bilirlər. Bədən dili əl-qol hərəkətləri, üz mimikaları, göz hərəkətləri ilə özünü ifadə edir. Bütün bunlar kompleks şəklində olanda insan qarşısındakı insanı, hətta deyərdim ki, ovsunlaya da bilir. Bəzən isə sözlərin ifadə edə bilmədiyini məhz bədən dili rahat və dolğun şəkildə çatdıra bilir. Amma burda bir məsələ var ki, bədin dilindən, əl-qol hərəkətlərindən ifrat dərəcədə istifadə etmək olmaz. Yəni danışıq zamanı, əslində, nə tamam sakit, sabit və tərpənişsiz dayanmaq, nə də həddindən artıq hərəkətli olmaq işə yarayır. Hər ikisi qarşınızdakı insanı sıxa, narahat edə bilər. Bundan qaçmaq üçün, necə deyərlər, qızıl ortanı tapmaq lazımdır. Gəlin bir neçə məşhur bədən dili hərəkətlərindən danışaq. Məsələn, deyirlər ki, gözlər qəlbin aynasıdır. Elə gözləri götürək. Bir adamla danışanda danışıq istər iş, istər dost, istər sevgi münasibəti üzərində olsun, fərq etməz, gözləri çox o yana-bu yana qaçırırsınızsa, qarşıdakı adam sizin yalançı olduğunuzu düşünər. Amma dirəşib adamın gözünün içinə baxmaq da yaxşı deyil. Onda da qarşınızdakı adam bundan narahat olacaq və sizinlə söhbətdən yayınmağa cəhd edəcək. Nəticədə siz müsbət heç nə əldə edə bilməyəcəksiniz. Dediyim kimi, burada qızıl ortanı tapmaq lazımdır. Həddindən artıq əl-qol hərəkətləri də hər hansı bir mövzuda danışdığınız adamı narahat edə bilər. Çünki o zamanın həmin adamın fikri gedən söhbətdən yayınacaq, fikirlərini cəmləyə bilməyib söhbətdən uzaqlaşmağa çalışacaq. Ümumiyyətlə, danışanda səs tonuna da nəzarət etmək lazımdır. Səs tonu söhbətə uyğun tərzdə olmalıdır. Yəni səsin də söz və hərəkətlər kimi əhəmiyyəti böyükdür. Belə deyək ki, hər şey bir-birini tamamlamalıdır. Bədən dili son dönəmlərdə ədəbiyyatda da özünü təzahür edir. Belə ki, bu mövzuda həddindən artıq kitablar var. İnsanlar motivasiya kitabları ilə yanaşı, eyni zamanda bu cür kitablara da müraciət edirlər. Çünki indiki gənclik düşünür ki, həm özünü anlada bilmək üçün, həm də qarşı tərəfi yaxşı anlaya bilmək və aldanmamaq üçün bədən dilindən istifadə etmək lazımdır. Bədən dili haqqında olan kitablardan ən məşhurlarından biri Allan Pizin "Bədən hərəkətlərinin dili"dir. Bu, son 10-20 ilin dünya bestsellerinə çevrilən, 26 dilə tərcümə olunan və artıq 12 milyondan çox nüsxə çap olunan bir kitabdır. Kitab oxucunun qarşısında yeni üfüqlər açır, onu yeni dünyaya gətirir, fikrini bəlkə də indiyə qədər diqqət yetirmədiyi sadə şeylərə yönəltməklə yeni-yeni bilgilər verir. Yevgeniya Şestakovanın "Nitqdən daha çox. Mimika, jest və intonasiyanı idarə etmək" kitabı da maraq doğuran ədəbiyyatlardandır. Kitabda 80% informasiyanın sözdən çox, jest, mimika və intonasiya ilə ötürülməsindən danışılır. Təcrübəli natiqlər onları düzgün və uyğun şəkildə dəyişməklə auditoriyanın diqqətini cəlb edə, inandıra və hətta müəyyən bir ovqat da yarada bilirlər. Kitabı oxumaqla başqalarının hərəkətlərinin arxasında nələrin dayandığını, həmçinin də mimikalarını, intonasiyaları düzgün idarə etməyi öyrənmək olar. Lillian Qlassın "Mən sizin fikirləri oxuyuram" adlı kitabı da sevilən, çox satılan nəşrlərdəndir. Əgər telepatlara paxıllığınız tutursa, başqa bir insanın daxili dünyasını bilmək, öyrənmək, düşüncələrini oxumaq istəyirsinizsə, bu kitab məhz sizin üçündür, dostlar. Məşhur psixoloq Lillian Qlassın kitabını oxuyub insanları açıq-aydın görə bilərsiniz. Öz jestlərinizi, hərəkətlərinizi istədiyiniz kimi idarə edə bilərsiniz. Jossef Messinjerin "Jestlərin lüğəti" kitabı da bir başqa yöndən diqqəti cəlb edir. Hamıya məlumdur ki, insan əgər həyatını dəyişmək istəyirsə, birinci əməllərindən başlamalıdır. Əməllər deyəndə, bəlkə, elə hərəkət və jestləri nəzərdə tutaq? Bu, başqa bir obrazın, başqa bir insanın yaranması, formalaşması üçün elə ilk addım ola bilər. Bu unikal kitab sizə insanlarla ünsiyyəti rahatlaşdıracaq, işdə, eşqdə uğur gətirəcək. Hansı söz və jestlərin başqalarının gözündə sizi ucalda, hansı sözlərin isə gözündən sala biləcəyini öyrənəcəksiniz. Üstəgəl də hansı hərəkət və jestlərin əks cinsdə maraq oyadacağını görəcəksiniz. Bununla yanaşı, başqa adamların 1000-dən çox jestinin mənasını öyrənə, onları fərqləndirə biləcəksiniz. Özünüzü cəmiyyət içində, insanlar içində rahat və sərbəst hiss edəcəksiniz. Qısası, oxumağa dəyər.
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Hamısı