Türkiyəli müğənni Hadisə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
"Mega Müzik" şirkətinin təşkil etdiyi konsert 10 sentyabr Bakı Konqress Mərkəzində baş tutub.
Səhnədə fərqli obrazlara üstünlük verən Hadisə paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkib. Repertuarında yer alan hit mahnıları ifa edən Hadisə onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.Müğənni konserti "Aşk Kaç Beden Giyer?" mahnısı ilə açıb.
İfaçı konserti zamanı “Şampiyon”, “Prenses”, “Yaz günü”, "Kahraman", “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən ifalarnı səsləndirib. Səhnədə müğənnini musiqiçiləri və rəqqaslardan ibarət qrup müşayiət edib.
Hadisə Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi və diqqət gördüyünü etiraf edib.
Pərəstişkarı Hadisəni izdihamla qarşılayıb. Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.