Ana 1 yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb - Bakıda DƏHŞƏT - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ana 1 yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb - Bakıda DƏHŞƏT

Cəmiyyət A- A A+
Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.
 
Ednews xəbər verir ki, bu barədə Suraxanı Rayon prokurorluğu məlumat yayıb.
 
Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
İş üzrə istintaq davam edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...