İki qurum yanında fəaliyyət göstərən İctimai Şuralar Baş nazirə müraciət edib

Cəmiyyət 16:14 13.09.2022
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuralarının sədrləri Baş nazirə müraciət edib.
 
Ednews “Azəriqaz”a istinadən xəbər verir ki, məlum olduğu kimi Azərbaycan regionlarının təbii qazla təmin olunması üçün dövlət dəstəyi ilə genişmiqyaslı qazlaşdırılma işləri hayata keçirilib.
 
“Azəriqaz”ın açıqladığı statistik məlumatlara görə, 2009-2021-ci illərdə umumilikdə 1 677 kənd və qəsəbə yeni qazlaşdırılıb, bunun nəticəsində ölkənin qazlaşdırılması səviyyəsi 96,3 %-ə çatdırılıb. Qazlaşdırılma tədbirləri əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrin qırılmasının qarşısının alınmasına zəmin yaratmışdır. İşğaldan azad olunmuş ərazilər istisna olmaqla, 01.01.2022-ci il tarixə ölkə ərazisində təbii qazla təmin olunmayan 982 yaşayış məntəqəsi mövcuddur. Bu məntəqələrdən 426 kənd meşəətrafı ərazilərdə yerləşir”, deyə məlumatda deyilir.
 
Məlumatda həmçinin bildirilir ki, “Azəriqaz” cari ildə 68 kəndi qazlaşdıracaq ki, onlardan 25 məntəqə meşəətrafı ərazilərdə yerləşir: “Meşəətrafı ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı 2021-2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azəriqaz” İB arasında rəhbərlik səviyyəsində və həmin qurumların yanında yaradılmış İctimai Şuraların iştirakı ilə işçi görüşlər təşkil edilib, qeyd olunan məsələ ilə bağlı təqdimatlar keçirilib və müzakirələr aparılıb”.
 
Məlumatda nəzərə çatdırılıb ki, hər il “Azəriqaz” İstehsalat Birliyi müxtəlif ərazilərdə yerləşən yaşayış məntəqələrin, o cümlədən meşəətrafı kəndlərin daxili imkanlar hesabına mərhələli şəkildə qazlaşdırılmasını da nəzərdə tutan kapital qoyuluşları proqramını tərtib edir, SOCAR tərəfindən təsdiq olunduqdan sonra isə onun icrasına başlanılır: “Bir çox hallarda mənbədən uzaq məsafədə yerləşdiyindən və qaz xəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti yarandığından meşəətrafı məntəqələrin qazlaşdırılması yüksək maliyyətutumlu layihələrə çevrilir. Bunu da yalnız “Azəriqaz” İB-nin vəsaiti hesabına maliyyələşdirilməsi həmin layihələrin çox uzun müddət ərzində (illərcə) reallaşmasına gətirib çıxara bilər. Ətraf mühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90 000 fərdi yaşayış evinin olması və orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360 000 əhalinin yaşamasını və onların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən zəruri, o cümlədən qaz təchizatı sahəsində kommunal xidmətlərin təqdim olunmasının prioritetliyini, eləcə də reallaşdırılması üçün külli miqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənin dövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğun hesab edilir”.
 
Məlumatda o da bildirilir ki, yuxarıda qeyd olunan 982 yaşayış məntəqəsindən 135 000 əhalisi olan 426 yaşayış məntəqəsi meşə ətrafında yerləşir: “Bunlardan texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilən 235 məntəqə üzrə təqribən 96 000 əhali yaşayır. “Azəriqaz” cari il ərazində əhalisi təqribən 11 000 minə bərabər 25 yaşayış məntəqəsini daxili imkanları hesabına qazlaşdırmaq imkanına malikdir. Bu tempi əsas götürsək, 235 yaşayış məntəqəsi Birlik tərəfindən 9 il 6 aya ərzində qazlaşdırılaraq başa çatdırıla bilər ki, bu da qaz ölkəsi üçün kifayət qədər uzun müddətdir. Bununla belə, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz hesab olunan, əhalisi təqribən 39 000 təşkil edən 191 yaşayış məntəqəsi də var. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayış məntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerji növləri ilə təmin olunmalıdır”.
 
Qeyd edilib ki, respublikanın meşə fondu sahəsi 1213,7 min hektar  olmaqla  ümumi  ərazinin 14 %-ni,  meşə ilə  örtülü sahələr  isə 1 046,76 min hektardır ki, bu  da ölkə ərazisinin 12 %-ni təşkil edir: “Ölkəmizdə adambaşına düşən meşə sahəsi qonşu Gürcüstan ilə müqayisədə təxminən 3 dəfə azdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədə Azərbaycan azmeşəli ölkədir və meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı və səmərəli istifadə edilməsi prioritetdir. Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi ilə əlaqədar vətəndaşlar tərəfindən “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı da artmaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri yuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdə hökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqla qazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdə köməklik göstərilməsini Sizdən xahiş edir. Əminik ki, bu tədbir vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrə mənfi təsirlərin azalmasına da ciddi töhvəsini verəcək”.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı