Övladı şəhid olan ata oğlu ilə eyni gündə dəfn olundu - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Övladı şəhid olan ata oğlu ilə eyni gündə dəfn olundu

Cəmiyyət A- A A+
Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. 
 
Ednews xəbər verir ki, hadisə Gəncədə baş verib. Belə ki, şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infakt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib. 
 
Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonuna gətirilir. 
 
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
 
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...