Azərbaycan boksçusu Xəyal Əlövsət oğlu Əhədzadə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.
Ednews xəbər verir ki, bu barədə Boks Federasiyasının rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan Xəyal Əhədzadə Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.
Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.
II Qarabağ müharibəsində iştirak edən gizir Əhədzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.
Azərbaycan Boks Federasiyası kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.