Sabah Azərbaycanda yeni tədris ili başlayır. Bu səbəbdən də paytaxtda təhsil alan tələbələr və şagirdlər regionlardan paytaxta qayıdırlar. Paytaxta taksi ilə qayıdan bəzi vətəndaşlar gedişhaqqının qalxmasından gileylənirlər.
Ednews xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksilərdə qiymətlərə nəzarət olunmur.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən də taksilərdə vahid tarif tətbiq olunmur.