“Əl-Cəzirə” Media Şəbəkəsində növbəti dəfə Azərbaycan haqqında məqalə dərc olunub.
Ednews xəbər verir ki, şəbəkənin aparıcı jurnalisti, peşəkar təlimçisi olan Məhəmməd Qulam Boubanın Azərbaycan həqiqətlərini əks etdirən növbəti “Azərbaycanda zahirən bitmiş müharibə, təzədən içdən qaynayır” yazısıdır.
Bu müəlifin Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirdiyi təlimlər zamanı qələmə aldığı sayca 3-cü məqaləsidir. Onun daha əvvəl də “Əl-Cəzirə” Media Şəbəkəsində “Azərbaycanlıların köçkünlük, dəhşət və ümid dolu hekayələri” və “Azərbaycanda minalar” adlı məqalələri işıq üzü görüb. Məqalələr BAMF-ın dəstəyi ilə dərc olunub.
Xatırladaq ki, bu ilin martın ayından “Əl-Cəzirə” Media Şəbəkəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında uzunmüddətli münasibətləri rəsmiləşdirən əməkdaşlıq memorandumu imzalanıb. Fond 10 ilə yaxındır ki, “Əl-Cəzirə” Media Şəbəkəsi ilə əməkdaşlıq edir. Bu zaman ərzində ik qurum arasında müştərək olaraq bir çox layihələr işıq üzü görüb. Bu layihələrdən biri də Əl-Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilən dörd sənədli filmin ərsəyə gəlməsidir.
Qeyd edək ki, 2006-cı ildə yaradılan “aljazeera.net” xəbər portalı ingilis və ərəb dillərində fəaliyyət göstərir. Sayt gün ərzində 3-5 milyondan çox oxucu tərəfindən izlənilir.