Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional filialı tərəfindən yeni layihəyə start verilib. Məqsəd vakansiyalara əlçatanlığı təmin etmək və işəgötürənlərə vakansiya bankı barədə ətraflı məlumatları çatdırmaqdır.
Agentliyin Strateji kommunikasiya departamentindən Ednews-a bildirilib ki, Gəncə şəhərinin xəritəsi əsasında ictimai iaşə obyektləri seçilib və filialın əməkdaşları tərəfindən 155 işəgötürənlə görüş keçirilib.
İşəgötürənlərə agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən aktiv məşğulluq tədbirləri, işəgötürənlər üçün dəstək mexanizmləri və vakansiya bankının tələbləri barədə məlumat verilib.
Görüşlərin nəticəsi olaraq Gəncə şəhəri üzrə 961 yeni iş yeri vakansiya bankına əlavə edilib, işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlinib.