Bakı şəhərində 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ednews-a bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.
Apa.az-ın məlumatına görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.