Umud Mirzəyev Arye Qutla bağlı xatirələrini bölüşdü Biz bir yerdə "Mir Mövsüm Ağa" ziyarətgahında qurbanı kəsdik”

Cəmiyyət 16:27 20.09.2022
Xəbər verdiyimiz kimi, bu gün siyasi analitik Arye Qut uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev A.Qutla bağlı xatirələrini Ednews-la bölüşüb:
 
“Arye mənim dostum idi. Onunla son danışığımız avqustun 8-də olub. Sonuncu mesajında sözləşdik ki, səhəri günü telefonla danışaq. “Yaxşı olmağa çalışıram, sabah zəngləşərik, əzizim Umud bəy”.  Ancaq çox təəssüflər olsun ki, ondan sonra hec cür əlaqə qura bilmədik. Son vaxtlar ona tez-tez zəng edirdim, mesajlar yazırdım, amma cavab gəlmirdi. Hiss olunurdu ki, son 1 ay vəziyyəti çox ağırlaşıb”.
Söhbət zamanı Umud Mirzəyev Arye Qutun çox mətin, qeyri-adi iradəyə sahib insan olduğunu da qeyd edib. 
 
“Düşünürəm ki, Aryenin cürəti, güclü müqaviməti olmasaydı o, çoxdan bizi tərk edərdi. Düz 5 il amansız xəstəliyi ilə mübarizə apardı. Arye bir ordu qədər Azərbaycan üçün iş gördü. İnformasiya savaşında onun ölümü həm ölkəmiz, həm də İsrail üçün böyük itkidir. O, İsraillə Azərbaycan arasında əlaqə üçün körpü rolunu oynayırdı”.
 
Fondun prezidenti dostunu həm də səngər qardaşı adlandırıb. O, A.Qutla Qarabağ xatirələrini belə yada salıb:
 
“Biz onunla Azərbaycanın bütün səngərlərini qarış-qarış gəzmişdik. Demək olar ki, Aryenin bütün Qarabağ səfərlərində onu mən müşayət etmişdim. Bir-birimizə çox bağlı idik, mən ona, o isə mənə güvənirdi. Bu gün mən səngər qardaşımı itirdim, çox üzgünəm”. 
 
Umud Mirzəyev  Aryenin yoxluğunda ona təsəlli verən məqamlardan da danışıb. 
 
“Onun yoxluğunda mənə bir şey təsəlli verir. Nə yaxşı ki, Arye Qarabağın azad gününü gördü. Ağdama, Şuşaya səfər etdi. Yadıma onun Şuşaya gedəndə necə uşaq kimi sevindiyi düşür. O, çox xoşbəxt idi. Bəzən görürdün ki, xəbərim olmadan birbaşa regionlara gedib. Bir dəfə mənə mesaj yazdı ki, “Mixaylo Füzulidə Aşağı Əbdürrəhmanlıdadır”. Bax, Arye belə həyatsevər, şən insan idi. O, əfsanəvi qələm adamı, səngər adamı, həm də yaxşı dost idi”. 
 
U.Mirzəyev Arye Qut arasında keçən maraqlı bir dialoqu da xatırlayıb. 
 
“Biz müxtəlif dinlərə sahib olsaq da, Arye bütün inanclara xüsusi hörmətlə yanaşırdı. Yadımdadır, təzəcə xəstələndə ona dedim ki, sənin üçün qurban demişəm, Bakıya gələndə mütləq onu kəsərik. Arye buna etiraz etmədi. Dedi necə məsləhətdirsə, elə də edərik. Gəldi, biz bir yerdə "Mir Mövsüm Ağa" ziyarətgahında qurbanı kəsdik və bu payı Şəhidlər Xiyabanında çalışan abadlıq işçilərinə, fəhlələrə payladıq. Mən Arye ilə bağlı bu xatirəmi ilk dəfədir ki, ictimaiyyətə açıqlayıram”. 
 
Fondun prezidenti Arye Qutu bu yaxınlarda keçiriləcək BAMF-ın 30 illiyik yubileyindı görməyəcəyini çox təəssüf hissi ilə qeyd edib.
 
“Mən onun BAMF-ın 30 illiyi ilə bağlı tədbirə qatılmağını çox istəyirdim. Yubiley tədbirlərinə hazırlaşdığımız dövrdə onu itirməyimiz çox üzücüdür. Arye Qutla bizi bir-birimizə bağlayan səngər idi, elə səngərdə də tanış olmuşduq. Çox heyif, bu gün Aryenin yoxluğundan danışırıq.
 
Mən onun yaxınlarına, doğmalarına, əzizlərinə və Azərbaycana başsağlığı verirəm, hər kəsin başı sağ olsun”.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı