İcbari tibbi sığorta yalnız VÖEN-i olan şəxslərdən tutulacaq? MÜNASİBƏT

Cəmiyyət 09:00 22.09.2022

Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı yeni qanun layihəsi müzakirə olunur.

Yeni qanuna görə, Azərbaycanda taksi sürücüləri, toy tamadaları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.

Onlar 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Məsələni aydınlaşdırmaq üçün ilk növbədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Lakin qanun layihəsinin Milli Məclisdə hələ də təsdiq olunmaması səbəbindən Dövlət Agentliyi məsələ barədə açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi.

Bu məsələni icbari sığorta üzrə ekspert İlkin İbrahimovla müzakirə etdik.

O, Ednews-a açıqlamasında qeyd etdi ki, minimum əmək haqqında icbari tibbi sığorta 4 % təşkil edir. 

“İcbari tibbi sığorta VÖEN-i olan işçilərin minimum haqlarından tutulacaq. Bu da yalnız 4 % civarında təşkil olunur. Əvvəllər minimum əmək haqqı 250 manat idi, həmin əmək haqqını 4% - ə vuranda 10 manat edirdi. Hazırda minimum əmək haqqı 300 manat təşkil edir, belə olan halda 4 %-dən 12 manat tutulur”.

İ.İbrahimov icbari tibbi sığortanın yuxarıda qeyd olunan şəxslərlə bərabər bir çox işçilərə müsbət təsirinin olacağını bildirib.

“İcbari tibbi sığorta ölkə üzrə məcburi xarakter daşıyır. Muzdla işləyən, eyni zamanda VÖEN-ni olan vətəndaşlar bununla bağlı vergi ödəyirlərsə, onda əmək haqlarının bir hissəsi İcbari Tibbi Sığorta Agentliyinin büdcəsinə köçürülməlidir. Həmin şəxslər də bir il ərzində icbari tibbi sığortanın zərfində olan bütün xidmətlərdən pulsuz istifadə edirlər. Burada məcburilik anlayışı ilə yanaşı, əhaliyə keyfiyyətli tibbi yardımla bağlı xidmətlər göstərilir”.

Milli Məclisinin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli açıqlamasında icbari sığorta ilə bağlı eyni fikirləri bölüşüb.

“Müsbət təsiri ondan ibarətdir ki, digər vətəndaşlarla bərabər sərbəst fəaliyyətlə məşğul olan, yəni VÖEN-i olan şəxslər də icbari tibbi sığortanın faydalarından yararlanacaqlar. Burada dediyimiz kimi, faiz nisbəti ilə 12 manat həcmində ödənişlər edəcəklər. Həmin ödənişin hesabına sığorta paketinin xidmətləri onlara da aid olacaqdır”.

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı