İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevə təşkilatın 30 illiyi ilə bağlı təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Umud müəllim,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin kollektivi adından Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 illiyi münasibətilə Sizi təbrik edirik. Beynəlxalq miqyasda Azərbaycanın milli maraqlarının qorunması istiqamətində fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq”.
Qeyd edək ki, BAMF-ın 30 illiyi ilə əlaqədar təbrik məktubları gəlməkdə davam edir.