Sahil Babayev Xızıda vətəndaşları qəbul edib - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Sahil Babayev Xızıda vətəndaşları qəbul edib

Cəmiyyət A- A A+

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən Ednews-a bildirilib ki, qəbuldan əvvəl Sahil Babayev və Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli liderimiz Heydər Əliyevin Xızı rayonundakı abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı mənzillə təminat, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı müraciətlər araşdırılıb və aidiyyəti tədbirlər görülüb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...