Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək

Cəmiyyət A- A A+
Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək. Ednews xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov şəxsi “twitter” hesabında paylaşım edib. Nazir bildirib ki, 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq. “Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır”,-deyə paylaşımda bildirilib


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...