"Rusiyadan Azərbaycana reyslərə tələbat artıb" - AZAL - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

"Rusiyadan Azərbaycana reyslərə tələbat artıb" - AZAL

Cəmiyyət A- A A+
Rusiyadan Azərbaycana reyslərə tələbat artıb.
 
Bu barədə Ednews-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib.
 
“Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq AZAL bildiririk ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri:
 
- ekonom sinif - 409 avro;
 
- biznes sinif - 769 avro;
 
- “VIP Club” tarifi - 869 avro.
 
AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.
 
Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır”, - qeyd olunub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...