“Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşılır”.
Ednews “Duma TV”yə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisinin sədri Sahibə Qafarova Bakıda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə səsləndirib.
Onun sözlərinə görə, Qafqazda ən böyük pravoslav diasporu məhz Azərbaycanda yaşayır.
Mədəni dialoqu davam etdirmək üçün Vyaçeslav Volodin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.