SOCAR "Azəriqaz" İB daha bir müharibə iştirakçısının müraciətini həll etdi - VİDEO - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

SOCAR "Azəriqaz" İB daha bir müharibə iştirakçısının müraciətini həll etdi - VİDEO

Cəmiyyət A- A A+
Qardaşı şəhid, özü müharibə iştirakçısı olan Səbuhinin SOCAR “Azəriqaz” İB tərəfindən problemi həll olunub.
 
Ednews xəbər verir ki,44 günlük Vətən müharibəsində soyadından söz etdirməyi bacaran Sahratovlar ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciətin həlli özünü çox gözlətməyib.
 
Şəhid gizir Cavid Sahratovun qardaşı Səbuhi Sahratlının istəyi əsasında fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb. Qeyd edək ki, Yardımlı rayonunda yaşayan Sahratovlar ailəsinin hər iki üzvü Vətən müharibəsində iştirak edib.
 
Gizir Cavid Sahratov qəhrəmancasına şəhid olub. Səbuhi isə qardaşının döyüş yolunu layiqincə davam etdirməyi bacarıb və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
 
Daha ətraflı: 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...