General Həşimovun əsgəri: “Onu görəndə təəccübləndik” MÜSAHİBƏ

Cəmiyyət 11:30 27.09.2022

Ednews şəhid general Polad Həşimovun əsgəri Ələsgər Əsgərlinin komandiri ilə bağlı müsahibəni təqdim edir.

- Polad Həşimov deyəndə ilk hansı xatirə yadınıza düşür?

- Anam, atam, məhəlləm, yurdum yadıma düşür. Komandirimin adını həmişə qürur hissi ilə xatırlayıram. Onu heç vaxt unutmaq olmaz. Polad Həşimov Azərbaycan üçün qəhrəman, mənim üçün isə insanlıq zirvəsi idi.

- Siz hərbi xidmətdə olarkən o, hansı rütbədə idi?

- İlk öncə komandirimə Allahdan rəhmət diləyirəm. O vaxt Polad Həşimov polkovnik-leytenant rütbəsində idi.

- İlk dəfə Polad Həşmovla necə tanış oldunuz?

- Oktyabr ayının 2-də hərbi hissəyə gəldiyimiz gün bütün əsgərləri başına topladı. Gözəl nəsihətlər, təsəllilər verirdi. Darıxmamağımızı istəyir, bunun üçün bizə müsbət enerji ötürürdü.

- Nələr söyləyirdi?

- İlk günlər hərbi xidmət mənə sıxıcı gəlirdi. Bütün hərbiçilər gözümdə eyni idi. Şablon sözlər, söhbətlər heç nəylə fərqlənmirdi. Amma daha sonra anladım ki, sözlər önəmli deyil. Onu dilə gətirən Daşkəsənin buz kimi soyuq havasında isti qəlbindən çıxan səmimiyyəti idi. Polad Həşimovun necə səmimi və gözəl qəlbə sahib olduğunu daha sonra anlayacaqdım. Bizə həmişə möhkəm olmağı, vətənə layiqli xidmət etməyi, özümüzü qorumağı tapşırırdı.

- Polad Həşimovla ən çox nədən söhbət edirdi?

- Bizə əsgər kimi yox, yaxın dost kimi münasibət göstərirdi. Şəxsi söhbətlərində də, əsgərlər içində olanda da. Çox dəyərli nəsihətlər verir, hərbin sirlərini, çətinlikdən çıxmağın yollarını öyrədirdi.

- Ən yaddaqalan günləriniz hansı olub?

- Ən yadda qalan bir gün var. Onu günün bu günü də xatırlayıram. Bu, 31 dekabr, Yeni il günü idi. Posta qalxmışdıq. Üstəlik, hava çox soyuq, şaxtalı, qarlı idi. Belə bir havada dağa qalxmalı idik. Bütün əsgərlərlə bir yerdə hərbi maşınlara mindik. Dağa qalxdığımız vaxt, sən demə, Polad Həşimov da öz xidməti maşını ilə arxamızca gəlirmiş. Biz posta çatanda Həşimov da özünü bizə çatdırdı. Onu görəndə təəccübləndik. Bizi yanına çağırdı, tapşırıqlarını verdi və maşınından bir baqaj dolusu hədiyyə, şirniyyat çıxardı. Onları bizə verdi. O an əsgərlər çox sevinmişdi. Həm də bayram idi. Çətin günlərimizdə hər vaxt yanımızda olur, bizimlə söhbətlər edirdi. Hiss edirdi ki, analarımız, atalarımız üçün darıxırıq.

- Əsgərlərlə münasibəti necə idi? Başqa nə köməkliklər edirdi?

- Posta qalxdığımız gündən sonra Polad Həşimovu bir də görə bilmədik. Xidməti başa vurmağımıza 4 ay qalmış onun rütbəsi qalxmış və yeni vəzifəyə getmişdi. Polad komandir bu yaxınlarda yadıma düşmüşdü. Bilmirəm, nəyə görə. Şəhid olmazdan iki gün əvvəl...

- Necə yadınıza düşmüşdü?

- Qəfil ağlıma gəldi. Heç gözləmədiyim vaxtda. Dediyim kimi, heç özüm də anlaya bilmədim.

- Onunla bağlı başqa nə kimi xatirələriniz var?

- Elə danışdıqlarım qədər. Onun əsgərlərə dost kimi qayğısı heç vaxt yadımdan çıxmaz. Polad komadir ürəyimizdə hər zaman yaşayacaq.

- Əsgərləri onun haqqında nələr danışrıdı?

- Hamı başına and içirdi. Əsgərlər arasında böyük hörmət qazanmışdı. Köhnə əsgərlərindən eşitdiyimiyə görə, tək başına ermənilərin iki traktorunu gətiribmiş.

- Necə?

- Təzə gəldiyim vaxtlar əsgərlər onun haqqında çox yaxşı danışırdılar. Qəhrəman komandir, hərbi hissənin canavarı deyirdilər.

- Deyilənə görə, postlara əsgərlərlə birlikdə odun, yemək daşıyırmış...

- Onu görməmişəm, yalançı olaram. Amma daim əsgərlərin yanında olub. Özünü heç vaxt onlardan yüksəkdə tutmayıb. Deyirdi ki, siz belə ağır şəraitdə vətənə xidmət edirsiniz, siz çox şərəfli yoldasınız...

- Əsgərlərlə birgə yemək yeyirdi?

- Özüm görməmişəm, amma eşitdiyimə görə onlarla birgə dəfələrlə yemək yeyib. Ümumiyyətlə, Həşimov əsgərlərə çox yaxın, isti münasibət göstərirdi. Qaydanı pozan əsgərləri ilk öncə tənbeh edirdi, sonra ona qaydaları səbrlə başa salırdı. Əsgərlərin rahatlığı üçün hərbi hissədə təmir-tikinti işləri aparırdı. Bütün bunları bizim rahatlığımız üçün edirdi. Bunları unutmaq mümkün deyil.

- Şəhid olanda nələr hiss etdiniz?

- Xəbərlərdə adını eşidəndə duruxdum. İnanmadım. İnana bilmədim ki, Azərbaycan ordusu belə bir insanı necə itirə bilər. Onun ölümünü dərk edəndən sonra ağladım. Şəhidlik zirvədi!

- Çox adam onu şəhid olandan sonra tanıdı.

- Bəli elədir. “İgid ölər, adı qalar” - çox doğru söz imiş.

Söhbətləşdi: Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı