Gəncədə evdə qazdan yaranan partlayış nəticəsində xəsarət alan qadın ölüb.
Sentyabrın 29-da Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Nadya Qayalova yaşadığı evdə, qazla işləyən hamam isidicisini yandıran zaman partlayış nəticəsində yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 72 yaşlı qadın sentyabrın 30-da Bakıdakı Yanıq Mərkəzində vəfat edib./apa/