Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət A- A A+
Baş Prokurorluq Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
 
Baş prokurorluğun mətbuat xidmətindən Ednews-a verilən məlumatda bildirilib ki, oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
 
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...