Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb

Cəmiyyət A- A A+
Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
 
Bu barədə Ednews-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən xəbər verilib.
 
"Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub. Hazırda hər iki pasiyent əməliyyatdadır" - deyə məlumatda qeyd olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...