“Yeni basdırılan minalar birbaşa müharibənin davamı deməkdir” Umud Mirzəyev ABŞ rəsmiləri ilə GÖRÜŞDÜ

Cəmiyyət 19:25 04.10.2022
Oktyabrın 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Fil Tissue və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin idarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin müdiri Angelina Allen-Mpyisi ilə görüşüb. Əvvəl U.Mirzəyev BAMF-ın baş ofisinin qonaqlarını salamlayıb. İlk olaraq o, qonaqlara Fondun 30 illik fəaliyyəti və qurumun regionda həyata keçirdiyi layihələr barədə məlumat verib. Daha sonra tərəflər gələcək əməkdaşlıq prespektivləri haqqında müzakirələr aparıblar. 
 
Söhbətin davamında Fondun prezidenti ABŞ rəsmilərinə ölkə üçün ən böyük problem olan minadan çirklənən torpaqların mahiyyəti və hələ də davam edən təhlükə barədə danışıb. 
ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Fil Tissue öz növbəsində bildirib ki, ölkəsini bu istiqamətdə məlumatlandırmaq üçün daha geniş informasiya almaq ehtiyacı var.
 
Umud Mirzəyev həmçinin qonaqlara erməni separatçılarının 2020-ci il noyabr ayından müharibənin bitməsindən indiyədək Azərbaycan ərazilərində mina yerləşdirmələrinə davam etmələri barədə də məlumat verib.
 
 “Münaqişə bitməlidir, lakin yeni basdırılan minalar birbaşa müharibənin davamı deməkdir. Qeyd edim ki, son bir həftə ərzində 6 nəfər minadan zərərçəkən olub.  Onlardan 2 nəfər həlak olub, biri isı azyaşlıdır. İnsanlar tezliklə işğaldan azad olunan ata-baba yurdlarına geri qayıtmaq istəyirlər. Bu işdə isə ən böyük təhlükəni mina problemi törədir”.
 
Umud Mirzəyev Qarabağ münaqişəsi başlanan ilk gündən indiyə qədər Azərbaycan haqqında yayılan dezinformasiyalardan da danışıb.
 
“Bu gün Azərbaycan Ermənistan tərəfindən sərhədlərinin tanınmasında ən çox maraqlı olan tərəfdir. Ancaq Ermənilərin sərhədyanı ərazilərimizdə törətdikləri təxribatlar dünyaya başqa cür çatdırılır. Dərhal Azərbaycan bir çox ölkələr tərəfindən təzyiqlərlə üzləşir. Bu da olan hadisələr barəsində yayılan yalan məlumatların nəticəsində olur. Sərhəddə başlanan provokasiyalar hər zaman ermənilər tərəfindən həyata keçirilir. Çünki ermənilər beynəlxalq hüquqa görə Azərbaycan ərazilərini tanımaq istəmirlər. Əgər sülh müqaviləsi imzalanarsa, insanların geri qayıtması, minaların təmizlənməsi sürətlənəcək. Bundan sonra insanlar həm də birgə yaşamağa alışacaqlar. Bu proses ləngidikcə, revanşist qüvvələrdə Azərbaycan torpaqlarını yenidən işğal etmələri barədə inam yaradır”.
 
Söhbət zamanı cənab Tissue mina problemi haqqında məlumatları o cümlədən Qarabağ münaqişəsinin tarixi, partlayıcıların Azərbaycan əhalisinə verdiyi psixoloji travma, zərərçəkənlərə verilən dövlət dəstəyi və yaralıların həyat hekayələri ilə yaxından maraqlanıb.
 
Görüşün sonunda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin idarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin müdiri Angelina Allen-Mpyisi də müzakirələrə qoşulub.  
Daha sonra ABŞ rəsmiləri yaranmasında birbaşa BAMF-ın iştirak etdiyi Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu və Qarabağ bölgəsində minaya düşən zərərçəkmiş şəxslərlə görüşüblər.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı