“Qırmızı kitab”a salınmış bitki növünün çoxaldılmasına başlanılıb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Qırmızı kitab”a salınmış bitki növünün çoxaldılmasına başlanılıb

Cəmiyyət A- A A+
Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində çoxaldılması işlərinə başlanılıb. 
 
Ednews xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, adı “Qırmızı kitaba” salınmış bu nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək. 
 
“Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir”.  
V.Fərzəliyevin sözlərinə görə, meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək və toxumları səpiləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...