Rejissor Namiq Kərimov 36 yaşında vəfat edib.
Ednews xəbər verir ki, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor kimi tanınıb.
O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.
1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.