10 hakimin səlahiyyətlərinə xitam verilib - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

10 hakimin səlahiyyətlərinə xitam verilib

Cəmiyyət A- A A+
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. 
 
Şuradan Ednews-a  verilən məlumata görə, iclasda dövlət başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması böyük məmnuniyyətlə vurğulanaraq bu mühüm tarixi qərarın Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyəti qeyd olunub, qarşıda duran vəzifələr müəyyən edilib.
 
Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov müasir müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rolundan, onun keçdiyi ibrətamiz həyat yolundan bəhs edib. 
 
Milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən dahi öndərin bilavasitə rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatların həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması vurğulanıb. 
 
İclasda bütün hakim korpusunun 80%-nin məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil etdiyi, bununla məhkəmə sisteminin tərkibinin həmçinin gəncləşdiyi vurğulanıb. 
 
Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılıb.
 
Dövlət başçısının qeyd olunan Fərmanına əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni Qaydalarının bu sahədə səmərəli mexanizm rolunu oynadığı bildirilərək ötən il 230-dək hakimin fəaliyyətinin qiymətləndirildiyi və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verildiyi diqqətə çatdırılıb. 
 
Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...