Xəbər verdiyimiz kimi, oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Ednews xəbər verir ki, tədbirdə xarici qonaqlar, nüfuzlu şəxslər, səfirlər, o cümlədən BMT-nin ölkə üzrə resident əlaqələndiricisinin əvəzi Quido Ambroso, BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Əl-Cəzirənin Media Şəbəkəsinin icraçı direktoru Mustafa Suaq, Beynəlxalq Reytinq Mərkəzinin baş konsulu Aleksandr Rabinoviç, RAEN-nin akademiki, Rusiya Yazıçılar ittifaqının üzvü, professor Yuri Pompeyov, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Salim, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk kimi nüfuzlu şəxslər iştirak ediblər.
Tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev və Əl-Cəzirənin Media Şəbəkəsinin icraçı direktoru Mustafa Suaq arasında əməkdaşlıq memorandumu imzalanıb.
Həmçinin BAMF-la Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva arasında da memorandum da imzalanıb.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 ili tamam olur. Fond 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib.