Bu gün səhər Siyəzənin Zarat kəndində mikroavtobus aşıb.
Hadisə nəticəsində müxtəlif xəsarətlər alan 10 nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, xəsarət alanlar istixanada işləyən qadınlar olub.
Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin baş direktoru Dadaş Hümbətov yaralıların vəziyyətinin stabil olduğunu, onların hazırda lazımi müayinələrdən keçdiyini, xəsarət alan şəxslərin vəziyyətinin ağır olmadığını bildirib. Qəzanın səbəbləri araşdırılır.