Müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.
Ednews Apa-ya istinadən xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Bəstəkar Elmir Mirzəyev bir çox müasir musiqi layihələrinin təşkilatçısı, eyni zamanda, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəridir.
O, 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bоlqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukraynа, Moldova, Gürcüсtаn, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksika kimi ölkələrdə keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslarda simpoziumlar və s.) iştirakçısı olub və əsərləri ifa edilib.