Dahi Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə ABŞ-ın Vaşinqton şəhərində barelyefi qoyulub.
Ednews xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov Facebook səhifəsində məlumat verib. O, həmçinin qeyd edib ki, ABŞ Azərbaycan Ticarət Palatası Vaşinqtonda Hüseyn Cavidin memorialının və irsinin mühafizəçisi olmaqdan qürur duyur.
“Vaşinqtonda tarixi gün - Bu gün tarixi Corctaunda Hüseyn Cavidin parlaq xatirəsinə barelyefin açılışı olub. ABŞ Vaşinqtonda Hüseyn Cavidin memorialının və irsinin mühafizəçisi olmaqdan qürur duyur. Bu işdə bizə dəstək olan hər kəsə, xüsusilə də bizimlə birlikdə olan Azərbaycan, Vaşinqton Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edirik”.
Qeyd edək ki, gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu xatirə barelyefi Vaşinqton şəhərinin tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərində qurulub.