Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin 10 illik yubileyi ilə bağlı tədbirin iştirakçıları bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Ednews xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.