"Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıqlar aşkarlanıb".
Ednews xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
O qeyd edib ki, onlardan 30-da çatışmazlıqlar daha ciddi hesab olunur:
"Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür".
"Məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür", - o vurğulayıb.