Göyçay rayonun Çərəkə kəndində yaşayan 14 yaşlı qız ərə verilir.
Ednews xəbər verir ki bu barədə Azərbaycan Uşaqlar Birliynin sədri Kəmalə Ağazadə öz facebook səhifəsində bildirib.
“Göyçay Rayon İcra Hakimiyyəti məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir! Kəndin icra nümayəndəsi də "prokat" qab- qaşığını artıq verib.
14 yaşlı azyaşlının atasının ad soyadını isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Elşad Hacıyevə bildirəcəm”.
Artıq Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb. Araşdırma başladılıb.