Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.
Ednews xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA -nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, Cəlilabad rayon sakini Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub.
Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.
İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.